Qəbələ Regional QHT -lərin Resurs və Təlim Mərkəzində 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü münasibətilə tədbir keçirilmişdir.
Qəbələ Regional QHT -lərin Resurs və Təlim Mərkəzinin icraçı direktoru Anar Məhərrəmov tədbiri giriş sözü ilə açaraq 20 Yanvar faciəsi ilə bağlı məlumat vermişdir. Sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Əlillərə Dəstək Xeyriyyə İctimai Birliyinin rəhbəri Yaşar Hümbətov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət hadisələrinə dair geniş məruzə etmişdir. Məruzədə həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdiyini və milli azadlığına qovuşdu qeyd olunmuşdur. Tədbirdə çıxış edən natiqlər hadisələrə hüquqi-siyasi qiymət verilməsində, cinayətkarların adının xalqa bəyan edilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini önə çəkmiş, hazırda 20 Yanvar şəhidlərinin ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərildiyini bildirmişlər.