Ümumxalq hüzn günü keçirilmişdir.
Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixində özünəməxsus yer tutan 1990-cı ilin 20 yanvar günü müstəqillık və azadlıq uğrunda güclü imperiyaya qarşı müqavimət göstərərkən həlak olmuş, itkin düşmüş insanların xatirəsi günü kimi hər il dövlət səviyyəsində qeyd olunur. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar Ümumxalq hüzn gününün iyirmialtıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” na uyğun olaraq yaşayış məntəqələrində silsilə xatirə tədbirləri keçirilmişdir. Rayonun bütün ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində, idarə və təşkilatlarda təşkil olunmuş tədbirlərdə 20 yanvar qətliamı Azərbaycan xlqının azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq rəmzi kimi xarakterizə olunmuşdur. Mədəni-maarif və təhsil ocqlarında 20 Yanvar faciəsini əks etdirən stendlər, rəsm sərgiləri, seir, inşa yazı müsabiqələri, ədəbi-bədii kompozisiyalar təşkil edilmiş, şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində digər mövzu tədbirləri həyata keçirilmişdir. Yanvarın 19-da ilk dərslər 20 yanvar hadisələrinə və şəhidlərimizin qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. 20 Yanvar faciəsinin iyirmialtıncı ildönümü ilə əlaqədar rayonda bu gün Azərbaycanın dövlət bayraqları endirilmişdir. Ümumxalq hüzn günü ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev, RİH apratının işçiləri, bütün əmək kollektivləri və ictimaiyyət nümayəndələri şəhərdəki Şəhidlər Xiyabanına ziyarətə gəlmişlər. Şəhidlərin ruhuna Qurani-Kərimdən surələr oxunmuşdur. Ziyarətə gələn insanlar xalqımızın azadlığı uğrunda şəhid olanların möhtəşəm abidə kompleksinə gül dəstələri qoymuşlar. Qəbələlilər o müdhiş gecə canını vətən uğrunda fəda etmiş insanları heç vaxt unutmur, onların əziz xatirələrini daim uca tuturlar.