Nic qəsəbə inzibati ərazi nümayəndəliyində 2015-ci idə görülmüş işlərə dair hesabat iclası keçirilmişdir.
Nic qəsəbə inzibati ərazi nümayəndəliyində 2015-ci ildə sosial-iqtisadi sahədə görülən işlər və 2016-cı ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev, qəsəbədəki sosial obyektlərin rəhbərləri kənd sakinləri, ağsaqqallar, ziyalılar, gənclər iştirak etmişlər. İclasda icra nümayəndəsi İbrahim Məmmədov 2015-ci ildə qəsəbədə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi etmişdir. İnzibati ərazi nümayəndəsi məruzəsində bildirmişdir ki, əvvəlki illərdə aparılmış geniş miqyaslı abadlıq-quruculuq işlərinin davamı olaraq ötən il qəsəbəyə təbii qaz xəttinin çəkilişinə başlanılmış, qəsəbə sakinlərinin məşğuliyyətinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Hazırda bu istiqamətdə görülən işlərin sürətləndiyinə diqqət çəkən natiq bildirmişdir ki, bu gün qəsəbədə 1468 ailə təsərrüfatında 6032 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini bağçılıq, tərəvəzçilik, taxılçılıq, heyvandarlıq sahələri təşkil edir. Ərazidə 2016-cı ilin məhsulu üçün 877 hektar sahədə arpa, 1307 hektar sahədə isə buğda əkilmişdir. Sahələrdə becərmə işlərinin gedişi fermerlər tərəfindən daim diqqət mərkəzində saxlanılır, onlar gübrə məmulatları və ziyanvericilərə qarşı dərman preparatları ilə təmin olunurlar. Tədbirdə çıxış edən kənd sakinləri qəsəbədə aparılan sosial-iqtisadi inkişafın vüsətindən, xalqın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərdən razı qaldıqlarını bildirmişlər. Yığıncaqda qəsəbədə mövcud olan problemlərin həlli istiqamətində təkliflər irəli sürülmüşdür. İclasda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış etmişdir. Cənab Səbuhi Abdullayev 2015-ci ildə, eləcədə son illərdə ölkədə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlərdən, bu nailiyyətlərin Qəbələdə, habelə Nic qəsəbəsindəki nəticələrindən, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində görüləcək işlərdən danışmışdır. Çıxışına davam edən natiq bildirdi kı, Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunmuş iclasında ölkə başçısı 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir. Udilərin, ləzgilərin, azərbaycanlıların və digər millətlərin birgə yaşadıqları Nic qəsəbəsinin unikal tolerantlıq modelinə malik olduğuna diqqət çəkən cənab Səbuhi Abdullayev ərazidə sosial-iqtisadi sahədə görüləcək işlərin miqyasının dövlətimiz tərəfindən daha da geniçləndiriləcəyini bildirmişdir. Hesabat iclasını Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev yekunlaşdırmışdır.