Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ” komandası “Sürix” klubunu dörd cavabsız qolla məğlub edib.

22 yanvar 2016 | 16:00

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu ikinci yoxlama oyununa çıxıb. Həmyerlilərimiz İsveçrənin “Sürix” klubu ilə qarşılaşıb. Görüş bir dəqiqəlik sükutla başlayıb. 20 Yanvar şəhidlərinin xatirəsini yad edən komandalar matça qarşılıqlı hücumlarla start veriblər. İlk yarının ortalarında hesab açılıb. Vadim Abdullayev “Qəbələ”nin hücumunu qolla tamamlayıb – 1:0. Buraxılan qoldan sonra isveçrəlilər bir müddət fəallığı artırıb üstünlüyə yiyələnsələr də, komandamızın müdafiə xətti etibarlı oynayıb. Birinci hissənin gedişində oyunda tarazlıq yaradan “Qəbələ” rəqib qapısına hücumları artırmağa müvəffəq olub. Matçın gedişində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bəzi oyunçu dəyişikliklərindən yararlanıb. İkinci hissəyə Sürix təmsilçisi fəal başlasa da, “Qəbələ” üstünlüyü ələ almağı bacarıb. Matçın sonlarında isə “Qəbələ” səkkiz dəqiqə ərzində daha üç qol vurub. Hər üç qolu meydana sonradan daxil olan futbolçular rəqib qapısından keçiriblər. Əvvəl Aleksey Antonov 2 dəqiqəlik fasilə ilə dublunu rəsmiləşdirib. Ardınca isə Samir Zərgərov hesabı 4:0-a çatdırıb. Bundan sonra komandaların səylərinə baxmayaraq hesab dəyişməyib.

Keçidlər