Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhər inzibati ərazi nümayəndəliyində 2015-ci ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilmişdir. ..

30 yanvar 2016 | 16:00

Qəbələ şəhər inzibati ərazi nümayəndəliyində 2015-ci ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda şəhər ictimaiyyətinin nümayəndələri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi nümayəndəsi Dəmir Bağırov yığıncağı giriş sözü ilə açmış və 2015-ci ildə ərazidə görülən işlər barədə hesabat məruzəsini yığıncaq iştirakçılarına təqdim etmişdir. Hesabat məruzəsində əvvəlcə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 2015-ci ildə respublikamızda həyata keçirilən böyük quruculuq işləri barədə iştirakçılara məlumat verilmişdir. Qeyd olunmuşdur ki, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafını təmin edən uğurlu siyasət ölkəmizi beynəlxalq aləmdə aparıcı dövlətlərdən birinə çevirmişdir. Azərbaycanın bu günkü inkişafı, tərəqqisi ölkə başçısı cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasətin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən regionlara göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün rayonların, qəsəbə və kəndlərin siması dəyişir, hər yerdə böyük quruculuq işləri həyata keçirilir. Azərbaycanın bu günkü inkişafı və tərqqisi fonunda Qəbələ rayonu, o cümlədən şəhərimiz də öz sürətli inkişaf dövrünü yaşayır. Məruzəçi qeyd etdi ki, ötən il Qəbələ şəhəri çox mühüm Beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Qəbələ şəhəri əhalisinə göstərilən xidmətlərin yüksək səviyyədə təşkili üçün ərazi nümayəndəliyi bir sıra tədbirlər həyata keçirmişdir. Əhalinin elektrik enerjisinə, mavi yanacağa, telefon və internet xidmətinə, içməli suya kommunal xidmətlərə olan ehtiyacı ödənilmişdir. Qəbələ şəhərinin kanalizasiya sisteminin yenidən qurulması istiqamətində sürətli tikinti quraşdırma işləri aparılır. Şəhər əhalisinin və qonaqların istirahətinin təşkili üçün park və xiyabanlarda daim təmizlik, səliqə səhman işləri aparılmışdır. Şəhərdə İsmət Qayıbov, Əhmədağa Bağırov küçələri müasir tələblərə cavab verən, yüksək memarlıq üslubunda yenidən qurulmuş, asfalt döşənmiş səkilər salınmışdır. Məruzə ətrafında şəhər 3 saylı tam orta məktəbin direktoru Ədilə Əliyeva, 1 saylı uşaq bağçasının tərbiyyəçisi Nuranə İsmayılova, rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Bəxtiyar Məmmədov  çıxış edərək 2015-ci ildə rayonda və Qəbələ şəhərində həyata keçirilən abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdilər. Qəbələnin sürətli inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Yığıncaqda çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısı Səbuhi Abdullayev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dövlət qurumları və yerli icra strukturları qarşısında qoyduğu vəzifələr barədə ətraflı məlumat verdi. Çıxışına davam edən natiq qeyd etdi ki, ölkə başçısı İlham Əliyev tərəfindən respublikanın hər bir guşəsinə olduğu kimi, Qəbələnin də inkişafına böyük diqqət və qayğı göstərilir. Dövlət başçısının bu diqqət və qayğısı bizdən daha yaxşı işləməyi tələb edir, məsuliyyətimizi daha da artırır. Sonda rayon icra hakimiyyətinin başçısı əmin olduğunu bildirdi ki, 2016-cı ildə Qəbələ şəhərində istər sosial-iqtisadi, istərsədə quruculuq, abadlıq işləri sahəsində daha geniş tədbirlər həyata keçiriləcəkdir. Hesabat yığıncağı müvafiq qərarın qəbulu ilə başa çatdı.

Keçidlər