Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ” komandası “Sumqayıt” üzərində qələbə qazanıb.

15 fevral 2016 | 16:00

Azərbaycan Premyer Liqasının XXI turunda günün ikinci matçı oynanılıb. Liderlər qrupunda qərarlaşmış “Qəbələ” evdə “Sumqayıt” komandasını qəbul edib. Meydan sahibləri liderlərdən uzaqlaşmamaq üçün çətinliklə də olsa, rəqibindən üç xalı qazana bilib. “Qəbələ” əsasən müdafiə futbolu oynayan “Sumqayıt”ın birinci hissədə qapısına yol tapa bilməyib. Roman Qriqorçukun yetirmələri ikinci hissənin 69-cu dəqiqəsində Ermin Zetsin vurduğu yeganə qolla “Sumqayıt” üzərində qələbəni rəsmiləşdirib – 1:0. Matçın sonlarında Samir Abasovun komandasının oyunda tarazlığı bərpa etmək şansı olsa da, bu imkanı qola çevirə bilməyiblər.
Beləliklə, bu qələbə sayəsində “Qəbələ” 33 xal toplayaraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Səkkizinci pillədə 18 xala sahib olan “Sumqayıt”ın isə mövqeyi dəyişməyib.

Keçidlər