Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Rəsm Qalereyasının 10 yaşı qeyd olunmuşdur.

23 fevral 2016 | 00:00

2006-cı ilin fevral ayından fəaliyyətə başlayan Qəbələ Dövlət Rəsm Qalereyası şərəfli bir yol keçmişdir. Ötən illər ərzində qalareyada yerli və ölkə rəssamlarının, bədii tərtibatçıların, qrafika ustalarının əsərlərindən ibarət sərgilər təşkil olunmuş və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Qalareyanın yaradılmasının 10 illiyi ilə əlaqədar Qəbələ Mədəniyyət mərkəzində təşkil olunmuş tədbirdə 5 yerli rəssamın və 5 tətbiqi sənət ustasının əl işləri nümayiş olunmuşdur. Mərasimi açıq elan edən rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova qalareyanın fəaliyyətə başlamasından ötən 10 il ərzində görülmüş işlərdən, qazanılan uğurlardan söz açmış, qalereyanın yaradılmasında xidməti olan insanlara öz minnətdarlığını ifadə etmişdir. Daha sonra mədəniyyət mərkəzinin direktoru, rəssam Malik Ağayev, dövlət rəsm qalareyasının direktoru Cavidan Məmmədov və başqaları çıxış edərək iştirakçıları salamlamış, ötən müddət ərzində keçirilən sərgilərdən, gənc rəssamların əl işlərindən söz açmışlar. Qeyd olunmuşdur ki, hal hazırda 8 nəfərin çalışdığı qalareyada rəssamlıq ilə yanaşı toxuculuq dərnəyi də fəaliyyət göstərir. Daha sonra sərgiyə baxış keçirilmişdir.

Keçidlər