Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ” futbol akademiyasının komandaları Qətərdə keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək.

23 fevral 2016 | 01:00

Futbolçularımız fevralın 21-dən 25-dək davam edəcək “Aspire Tri Series Cup”da qüvvəsini sınayacaq. Turnirdə 3 klub üç müxtəlif yaş qrupunda mübarizə aparacaq. “Qəbələ” yerli “Aspire” Akademiyasının komandası və Fransanın “Mets” klubu ilə mübarizə aparacaq. Klubların U-12, U-11 və U-10 komandaları üz-üzə gələcək. Fevralın 22-də Qətər və Fransa təmsilçiləri qarşılaşacaq. Ertəsi gün “Qəbələ” “Mets”lə münasibətlərini aydınlaşdıracaq. Fevralın 24-də isə futbolçularımız meydan sahibləri ilə görüşəcək. Qeyd edək ki, yarışın əsasnaməsinə uyğun olaraq, U-12 və U-11 komandaları hər biri 30, U-10 isə hər biri 25 dəqiqə olan iki hissədən ibarət matçlar keçirəcək. U-12 meydana 9, U-11 8, U-10 isə 7 oyunçudan ibarət heyətlə çıxacaq.

Keçidlər