Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xocalı faciəsi-əsrin faciəsi”

25 fevral 2016 | 00:00

Rayonun ümumtəhsil  ocaqlarında, idarə, müəssisə və təşkilatlarında Xocalı faciəsinin 24 illiyi ilə əlaqədar anım tədbirləri keçirilir. Qəbələ Rayon Polis Şöbəsində Xocalı faciəsinin ildönümü ilə bağlı təşkil olunan tədbiri giriş sözü ilə polis şöbəsinin rəisi polis polkovniki Ehtibar Abduyev açmışdır. İlk öncə Xocalı faciəsində həlak olan soydaşlarımızın xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir. Ehtibar Abduyev bildirmişdir ki, Xocalı qətliamı ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım hadisəsidir.  Xalqımız bədnam qonşularımızın başımıza gətirdiyi  qanlı soyqırım hadisəsini heç vaxt yaddan çıxarmamalı, gənc nəsl müntəzəm olaraq bu müdhiş olaylarla məlumatlandırılmalıdır.
Xocalı soyqırımının tarixi kökləri və nəticələri barədə cıxış edən rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Bayramov qeyd etmişdir ki, Xocalı faciəsinin kökləri tarixin ən qədim səhifələrinə gedib çıxır. Emənilər tarixən qonaq kimi yaşadıqları ərazinin yerli əhalisinə qarşı, xüsusən türklərə və azərbaycanlılara qarşı həmişə xəyanətkar mövqe tutmuşdur. Hələ VIII əsrdə ərəb xilafətinə qarşı uzun illər mərdliklə vuruşmuş, xalq qəhrəmanı Babək erməni xəyanətinin qurbanı olmuşdur. Rus çar imperiyası tərəfindən Qafqazın işğalından sonra erməni xəyənətkarlığı özünü daha qabarıq şəkildə göstərmişdir. Dünyaya səpələnmiş səfil və dilənçi ermənilər Rus çarlığının dəstəyi ilə qədim və əzəli Azərbaycan torpaqlarında yerləşdirilmiş, daima  xalqımıza qarşı düşmən mövqedə olmuşlar. 1992-ci ilin 26 fevralında erməni qaniçənlərinin Xocalıda törətdiyi soyqırım əvvəlki qırğınlardan daha qəddar, daha vəhşicəsinə həyata keçirilmişdir.
1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı faciəsi azərbaycanlılara qarşı erməni vəhşiləri tərəfindən törədilmiş soyqırımı kimi qiymətləndirilmişdir. Təəssüf ki, dünyanın əmin-amanlığına cavabdeh olan beynəlxalq təşkilatlar Xocalı soyqırımının həqiqi siyasi qiymətini verməmişlər.
Tədbirdə rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Aləddin Nuhov və başqaları çıxış edərək Xocalı soyqırımı ilə əlaqədar fikirlərini iştirakçılara çatdırmışlar.

Keçidlər