Bəşəriyyətin qanlı faciəsi.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində 24 fevral tarixdə Tədris Mərkəzinin şagird, müəllim və pedaqoji heyyətin iştirakı ilə Xocalı Soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Xocalı faciəsində şəhid olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov çıxış edərək soyqırım qurbanlarının xatirəsi heç vaxt qəlblərdən silinməyəcəyini diqqətə çatdıraraq qeyd etdi ki, ölkə prezidentimiz , ali baş komandan İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində itirilmiş torpaqlarımız qısa zaman ərzində geri qaytarılacaq , ermənilər tərəfindən qətlə yetirilmiş soydaşlarımızın qanı yerdə qalmayacaqdır. Tədbirdə çıxış edənlərdən mərkəzin tədris istehsalat işləri üzrə direktor müavini Reyhan Məmmədova, istehsalat təlim ustası Azər Abdulxaliqov, kitabxanaçı Lalə Ağamirzəli, psixoloq Vüsalə Qəribova və mərkəzin kompüter operatoru qrupunun şagirdi Ülkər Osmanlı erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 24 il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğının acı nəticələrindən, dinc əhaliyə amansız divan tutulmasından söz açmış, qanlı gecədə törədilmiş faciədə şəhid olanların, itkin düşənlərin, girov götürülənlərin say tərkibi barədə toplantı iştirakçılarına ətraflı məlumat vermişlər.
Qeyd olunmuşdur ki, artıq bütün dünya, bəşəriyyət Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli soyqırımı pisləyir, insanlığa qarşı törədilmiş bu qətliamın günahkarlarının cəzalanacağı günü səbirsizliklə gözləyir.