Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ” komandası “Bakcell U-14 Elit Kuboku”nun qalibi olub.

24 fevral 2016 | 23:00

Fevralın 23-də futbol üzrə “Bakcell U-14 Elit Kuboku” turnirinə yekun vurulub.  Bir il əvvəl olduğu kimi turnirin final oyununda “Qəbələ” ilə “İnter” üz-üzə gəlib. Həlledici matçadək keçirdiyi bütün oyunlarda qalib gələn “Qəbələ” bu dəfə də rəqibindən güclü olub. Bayıl stadionunda təşkil olunan oyunda 3:1 hesabı ilə qalib gələn “Qəbələ” ardıcıl ikinci dəfə kubokun sahibi olub. Qeyd edək  ki, yarışa “A” qrupunda başlayan “Qəbələ” Qərb yığmasını 3:1, Şimal Elit yığmasını 5:0, “Sumqayıt”ı 2:0, 1/4 finalda Şimal-Qərb Elit yığmasını 7:1, yarımfinalda isə “Neftçi”ni 3:2 hesabı ilə məğlub edib.

Keçidlər