Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

25 fevral 2016 | 03:00

Qəbələ Peşə məktəbinin akt zalında "Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş cinayətdir" başlıqlı tədbir keçirilmişdir. İlk öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbiri giriş sözü ilə məktəbin psixoloqu  Zenfilə Hüseynova acaraq qeyd etmişdir ki, Xocalı hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və sistemli iş aparır. Məktəbin müəllimlərindən Rübabə Məmmədova, Hicran Qaçayeva, Camal Rəsulov və  Bəxtiyar Qasımov qanlı faciə haqqında ətraflı məlumatlar verdilər və bildirdilər ki, erməni faşistlərinə qarşı mübarizəyə xalqımız daim hazır olmalıdir. Tədbirdə məktəbin şagirdlərndən Vaqif Vaqifli və Ağalı Ayaz çıxış edərək Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlərin dünyaya çatdırılmasında gənc nəslin fəallığının artmasının vacibliyindən söz açdılar. Şagirdlərdən Abdullazadə Ülviyyə, Məmmədrzayeva Əfsanə, Məmmədrzayeva Məleykə, Əliyev Gülçöhrə, Əliyeva Çinarə “Xocalı faciəsi”nə həsr olunmuş şeirlər söylədilər.  Sonda məktəbin direktoru Azad Məmmədov çıxış edərək diqqətə çatdırdı ki, Azərbaycan dövləti torpaqlarımızın azad olunması üçün bütün vasitələrdən istifadə edir və biz inanırıq ki, yaxın vaxtda torpaqlarımız işğaldan azad ediləcək və şəhidlərimizin qanı yerdə qalmayacaqdır.

Keçidlər