Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

26 fevral 2016 | 00:00

Qəbələ Rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar anım tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Qəbələ Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nargilə Qafarova açmışdır. Tədbir iştirakçıları ilk öncə Xocalı qətliamında  həlak olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Qeyd olunmuşdur ki, Xocalı faciəsi XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş növbəti kütləvi qırğın olmaqla yanaşı, həm də Azərbaycanın ərazi bütövlüyünə, dövlət müstəqilliyinə qarşı yönəlmiş ənənəvi terror siyasətinin tərkib hissəsidir. Cıxış edənlərdən Turizm İnformasiya Mərkəzinin direktoru Anar Məhərrəmov, Mədəniyyət Mərkəzinin işçisi  Xəyal Gəncimov və başqaları Xocalıda misli görünməmiş vəhşiliklərin törədilməsi nəticəsində 613 nəfərin qətlə yetirildiyini, yüzlərlə insanın girov götürüldüyünü, onlardan 150-sinin taleyinin hələ də naməlum qaldığını diqqətə çatdırıblar. Bildirilib ki, Xocalı faciəsi qurbanlarının xatirəsi daim uca tutulur və xalqımız heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq.
Sonda tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş  Xocalı  dəhşətlərini əks etdirən rəsm əsərlərinə baxış keçirmişlər.

Keçidlər