Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.

26 fevral 2016 | 01:00

25 fevral 2016-cı il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar “Xocalı-Qocalmayan qoca dərd” adı altında tədbir keçirildi.Tədbirdə şəhər 3 və 4 saylı tam orta məktəblərin müəllim və şagird kollektivləri iştirak edirdilər.Dəyirmi masa arxasında təşkil olunan tədbir Xocalı soyqırımı qurbanlarının və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olundu.Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin əməkdaşı Mahirə Kərimova  Xocalı faciəsinin xalqımıza qarşı törədilən soyqırım və XX əsrin ən dəhşətli cinayətlərindən biri olduğunu qeyd etdi. Xocalı faciəsinin dəhşətlərindən danışan M.Kərimova bu soyqırıma ilkin siyasi qiymətin verilməsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu və 1994-cü ildə məhz onun təşəbbüsü ilə Azərbaycan parlamentinin 26 fevralı Xocalı soyqırımı günü kimi qeyd edilməsi haqqında qərar qəbul etdiyini bildirdi. Natiq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.  Tədirdə Heydər Əliyev Mərkəzinin əməkdaşı A.Məmmədova “Xocalı soyqırımı-XX əsrin faciəsi”mövzusu ətrafında məruzə ilə çıxış edərək bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Çıxış edənlərdən Qəbələ şəhər 3 saylı tam orta məktəbin müəllimi K.Mahmudova ermənilərin iki əsrdən artıqdır ki, həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasətinin faciəli nəticələrindən, Xocalıda dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən söhbət açdı. Sonda şəhər 3 saylı tam orta məktəbin şagirdləri Xocalıya həsr edilmiş şeir kompazisiyası ilə çıxış etdilər.

Keçidlər