Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ölkə kubokunun 1/4 final mərhələsində "Qəbələ” ilə "Zirə” qarşılaşacaq.

02 mart 2016 | 16:00

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. 1/8 finalda “Mil-Muğan”ı 7:0 hesabı ilə məğlub edən “Qəbələ” ardıcıl 6-cı, tarixində 8-ci dəfə ən yaxşı səkkiz komanda arasında mübarizə aparacaq. Yalnız 3 dəfə yarışı daha tez başa vuran “qırmızı-qaralar” 4-cü dəfə yarımfinala adlamağa cəhd edəcək. Roman Qriqorçukun yetirmələri bunun üçün “Zirə” səddini keçməlidir. İlk matça səfərdə çıxacaq komandamız tarixində 3-cü dəfə bu rəqiblə qarşılaşacaq. Xatırladaq ki, bu gün, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş saat 18:00-da başlayacaq.

Keçidlər