Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonunun Bum qəsəbəsinə ilk dəfə təbii qaz verilib.

05 mart 2016 | 16:00

Qəbələ rayonunun Bum qəsəbəsinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimdə şirkətin prezidenti Rövnəq Abdullayev, Milli Məclisin deputatı Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri iştirak ediblər. Məlumat verilib ki, 1264 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında 1875 metr uzunluğunda müxtəlif diametrli polietilen və 80 min 609 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1264 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Tədbirdə çıxış edən SOCAR-ın prezidenti R.Abdullayev bu əlamətdar hadisə münasibətilə qəsəbə sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR-ın prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.  Çıxış edən qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər