Vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
17 mart 2016 | 00:00
Qəbələ rayonunda şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. Qeyd olunan işin səmərəliliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə belə tədbirlər rayon polis şöbəsinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə keçirilir. Belə ki, keçirilmiş səyyar xidmətlər zamanı rayonun Vəndam və Nic qəsəbələrində ümumilikdə 216 vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi üçün müvafiq sənədlər qəbul olunub. Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə təşkil olunan səyyar xidmətlər mütəmadi şəkildə davam etdirilir.