Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Respublika ifa müsabiqəsinin zona mərhələsi keçirilmişdir.

17 mart 2016 | 02:00

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə  Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində ilk-peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında ifa üzrə respublika müsabiqəsinin zona mərhələsi keçirilmişdir.
Müsabiqənin keçirilməsində məqsəd ilk-peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinə Azərbaycan bəstəkarlarının əsərlərinin və xalq mahnılarının, rəqslərinin öyrədilməsi istiqamətində aparılan işləri daha da yaxşılaşdırmaq, şagird və tələbələrin asudə vaxtlarını səmərəli təşkil etmək, xüsusi istedada malik gəncləri üzə çıxarmaq, ifa mədəniyyətini yüksəltməkdir.
Azərbaycan bəstəkarlarının estrada mahnıları, təsnif və xalq mahnıları,  şeir və rəqs nominasiyaları üzrə üzrə keçirilən müsabiqədə Balakən, Oğuz, Şəki və Qəbələ rayonlarının ilk-peşə və orta ixtisas müəssisələrinin qalibləri iştirak edirdi.  Müsabiqənin nəticələrinə görə Respublika mərhələsinin final turunda zona üzrə təsnif və xalq mahnıları nominasiyası üzrə Şəki Müsiqi Kollecinin tələbəsi Səlimova Zümrüd Tofiq qızı, mahnı nominasiyası üzrə Qəbələ Peşə Məktəbinin şagirdi Məmmədrzayeva Məleykə Fərhad qızı, şeir nominasiyası üzrə Şəki Pedoqoji Kollecinin tələbəsi Kazımova Sevin Şahin qızı, rəqs nominasiyası üzrə isə Balakən Peşə Məktəbinin qızlardan ibarət rəqs qrupu təmsil edəcəklər. Nominasiyalar üzrə qalib gələn iştirakçılar 25 aprel 2016-cı il tarixdə Bakı şəhərində keçiriləcək Respublika mərhələsinin final turunda yarışacaqlar.

Keçidlər