Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları Qəbələdən zəngin təəssüratla ayrılıblar.

19 mart 2016 | 00:00

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar davam edir. İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə tur-aksiyada iştirak edən Bərdə, Ağcabədi və Mingəçevirdən olan məktəblilər martın 17-də Qəbələ rayonunun tarixi abidələri, turizm obyektləri, mənzərəli yerləri, adət-ənənələri, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektləri ilə yaxından tanış olublar. Qəbələyə səfər edən şagirdlər Heydər Əliyev Mərkəzinə baxış keçiriblər. Mərkəzi ziyarət edən məktəblilər burada ulu öndər Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə və sənədlərə baxıblar.
Şagirdlər muzeyin qarşısında kollektiv xatirə şəkli çəkdiriblər. Tur-aksiya iştirakçıları sonra “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində, Heydər Əliyev adına Konqres Mərkəzində, Tarix-Diyarşünaslıq Muzeyində, “Beltmann” piano fabrikində və "Gilan Qida Şəhərciyi" ndə olublar.
Nic qəsəbəsinə gələn məktəblilərə buradakı “Cotari” Alban-Udin kilsəsi barədə məlumat verilib. Bildirilib ki, kilsə tarixi baxımdan qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Qəsəbədə üç kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Bildirilib ki, Nic qəsəbəsindəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur. Daha sonra şagirdlər Çuxur Qəbələ kəndinə gələrək qədim qədim Qəbələ şəhərinin qalıqları və ərazidə aparılan arxeoloji qazıntılarla da maraqlanıblar. Məktəblilər Qəbələyə səfərlərinin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Yeddi Gözəl”, “Qafqaz Karvansaray” otelləri, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə də tanış olublar.
Mart ayının 18-də şagirdlər xoş təəssüratlarla Şəki şəhərinə yola düşüblər.

Foto qalereya

Keçidlər