Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Çuxur Qəbələ kəndində səyyar görüş-qəbul keçirilmişdir.

19 mart 2016 | 04:00

Bu gün Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Çuxur Qəbələ kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilmişdir.Kənd sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin başçısı ilə yanaşı idarə və müəssisələrin rəhbərləri də iştirak etmişlər. Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olmuşdur. Kənd sakinləri rayonda görülən abadlıq-quruculuq işlərindən razı qaldıqlarını bildirərək, göstərilən qaygıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər. Çıxış edənlər kəndin ümumi problemləri barədə rayon icra hakimiyyətinin başçısına məlumat vermiş, həlli istiqamətində təkliflər irəli sürmüşlər. Səbuhi Abdullayev problemlərin həlli ilə əlaqədar aidiyyəti idarə və təşkilatların rəbərlərinə tapşırıqlar vermişdir.

Foto qalereya

Keçidlər