“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları Qəbələdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın bölgələrinə səyahəti davam edir.
24 mart 2016-cı il tarixdə “Ölkəmizi tanıyaq” adı altında keçirilən maarifləndirici tur-aksiyada iştirak edən Naftalan şəhər, Daşkəsən və Goranboy rayonlarından olan IX-XI sinif şagirdləri tanışlıq məqsədilə Qəbələ rayonuna gəlmişlər. Səfər çərçivəsində məktəblilər rayonun tarixi-mədəni abidələri, istehsal müəssisələri və turizm sektoru ilə yaxından tanış olacaqlar. Maarifləndirici tur-aksiya iştirakçılarının səfəri davam edir.