Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Taekvondo üzrə Qəbələ rayon Açıq birinciliyi.

29 mart 2016 | 01:00

Qəbələ rayon Gənclər və İdman idarəsi “Qəbələ” İdman klubu ilə birlikdə yeniyetmə və uşaqlar arasında taekvondo idman növü üzrə Qəbələ rayon Açıq birinciliyi keçirmişdir. Qəbələ Olimpiya İdman Kompleksində keçirilən turnirdə respublikanın şəhər və rayonlarından olan 36 komanda üzrə 457 idmançı iştirak etmişdir. Yarışın keçirilməsində əsas məqsəd taekvondo idman növünün respublikada inkişafına nail olmaq, yeniyetmə idmançılarda yarış təcrübəsini və ustalığı inkişaf etdirmək, taekvondo üzrə rayon yığma komandasının tərkibini müəyyən etməkdən ibarətdir.  Turnirin açılış mərasimində Qəbələ rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov və “Qəbələ” İdman Klubunun döyüş növləri üzrə kordinatoru Səbuhi Qarayev çıxış edərək respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışaraq idmançılara uğurlar arzulamışlar. Açılş mərasimindən sona meydan birincilik uğrunda mübarizəyə başlayan idmançıların ixtiyarına verildi. Yarışda yeniyetmə oğlan və qızlar gərgin mübarizə aparmışlar. Yarış mövcud Beynəlxalq qaydalara əsasən keçirilmişdir.  Taekvondo üzrə Qəbələ rayon Açıq turnirinin yekununda hər çəki üzrə qalib gəlmiş (I, II, III yerləri tutmuş) idmançılara diplom və medallar təqdim edilmişdir.

Keçidlər