31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Qəbələ rayon Heydər Əliyev Mərkəzində 31 mart Azərabaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin əməkdaşları və Qəbələ şəhər 4 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Dəyirmi masa arxasında təşkil olunan tədbir soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olundu.Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktor əvəzi K.Qasımova açaraq bu günün mahiyyətindən, ermənistanın tarix boyu azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin dəhşətli nəticələrindən söz açmışdır. Bildirilmişdir ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilmişdir. Natiq Ermənistanın məkrli siyasətinin tarixi faktlara əsaslanaraq ifşa edilməsinin, həqiqətin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasının zəruriliyini diqqətə çatdırmışdır. Daha sonra çıxış edənlər erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımları tariximizin faciəli səhifəsi kimi qiymətləndirmiş, törədilmiş qırğınlar nəticəsində yüz minlərlə soydaşımızın qətlə yetirildiyi, terror və təcavüzlərə məruz qaldığı, doğma torpaqlarından deportasiya olunduğu və bu təcavüzkar siyasətin indi də məqsədyönlü şəkildə davam etdirildiyi bildirilmişdir. Natiqlər ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini vurğulamış, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin və həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi qeyd etmişlər. Tədbirin sonunda 31 mart soyqırımından bəhs edən sənədli film nümayiş olunmuşdur.