Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ sakinlərinin tibbi müayinələri davam etdirilir.

01 aprel 2016 | 16:00

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Qəbələ rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Bununla əlaqədar əhalinin kütləvi dispanserizasiyası üçün rayonda hər cür şərait yaradılmışdır. Müayinələr rayon mərkəzi xəstəxanasında, diaqnostika mərkəzində, eləcə də qəsəbə və kənd tibb məntəqələrində həyata keçirilir. Yüksək ixtisaslı həkimlər vətəndaşları qabaqcadan tərtib olunmuş qrafik əsasında müayinə edir, zərurət olduqda onlar müalicəyə cəlb olunurlar.
Bu aksiya bir daha onu göstərir ki, dövlət başçısının həyata keçirdiyi siyasətin fövqündə insan amili, vətəndaşların rifahının yaxşılaşdırılması  və sağlamlığının qorunması məsələləri dayanır.
Rayonda  tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə yaradılan komissiya tərəfindən ciddi hazırlıq işləri görülmüş, tibb ocaqları bütün lazımi avadanlıqlarla təchiz edilmişdir. Fevral ayının 15-dən, mart ayının 31-dək rayonun səhiyyə ocaqlarında keçirilən aksiya zamanı 25506 vətəndaş tibbi müayinə olunub. Xəstəlik aşkar edilən şəxslər Qəbələ rayon Mərkəzi Xəstəxanasında müalicə edilirlər. Müayinələrdən sonra 109 nəfər stasionar, 720 nəfər ambulator müalicəyə cəlb olunub. Xəstəliyi daha ağır olan 182 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilib. Aksiyanın səmərəliliyini artırmaq üçün əhali arasında təbliğat işi davam etdirilir.

Keçidlər