Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qanvermə aksiyası keçirilmişdir.

13 mart 2013 | 16:00

“Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq Qəbələ rayonunda növbəti qanvermə aksiyası keçirilmişdir. Novruz bayramı ərəfəsində Qəbələ Müalicə-Diaqnostika Mərkəzində keçirilən xeyriyyə aksiyasına rayon İcra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, gənclər həvəslə qoşulmuşlar.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara köməklik məqsədi ilə keçirilən tədbirdə B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə qan vermək istəyən vətəndaşları müayinə etmişlər. Aksiya zamanı könüllü qan vermək üçün xəstəxanaya müraciət edən 300 nəfərdən ümumilikdə 150 litr qan götürülmüşdür. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

Keçidlər