Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir.

05 aprel 2016 | 00:00

Qəbələ rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Qəbələ şəhər 2 saylı tam orta məktəbdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların fiziki hazırlıqlarının artırılmasında, ordu sıralarına hazırlanmasında mühüm rol oynayan “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir. Yarışın açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək gənc şahinləri salamlamış və “Şahin” hərbi - idman oyununun keçirilməsində məqsədin məktəblilər arasında aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərinin hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını inkişaf etdirməkdən ibarət olduğunu diqqətə çatdırmışıdr. Rayonun tam orta məktəblərinin VIII-X sinif şagirdlərindən ibarət 20 komandanın iştirak etdiyi yarış gərgin idman mübarizəsi şəraitində keçmişdir. Yarışın əsasnaməsinə uyğun olaraq sıra hazırlığı mərhələsi keçirilmiş, daha sonra komandalar estafet mərhələsində mübarizələrini davam etdirmişlər.  Yarışın yekun nəticəsinə əsasən Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası I yeri, Qəbələ şəhər 2 saylı tam orta məktəbin komandası II yeri və Qəbələ şəhər 4 saylı tam orta məktəbin komandası III yeri tutmuşdur. Qalib komandalara Gənclər və İdman idarəsinin diplomları təqdim edilmişdir.

Keçidlər