Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan ordusunun erməni təxribatına cavabı xalqımızda qələbəyə inam yaradır

05 aprel 2016 | 16:00

Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının 2 aprel 2016-cı il tarixli keçirilmiş iclasında Prezident İlham Əliyevin çıxışı ilə əlaqədar Qəbələ rayon ictimaiyyət nümayəndələrinin yığıncağı keçirilib. Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan yığıncaqda rayonun idarə müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə aprelin 2-nə keçən gecə erməni silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid  olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev  çıxış edərək diqqətə çatdırmışdır ki, son günlər işğalçı Ermənistan ordusu cəbhədə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində növbəti daha geniş miqyaslı təxribat törətmişdir.
Qeyd olunmuşdur ki, işğalçı ordunun birləşmələri cəbhənin Tərtər, Ağdam, Fizuli və digər istiqamətlərdən işğal altında saxladıqları ərazilərimizdən cəbhə bölgəsinə yaxın yaşayış məntəqələrini, mülki obyektləri və eyni zamanda döyüş mövqelərində dayanan ordumuzun mövqelərini iri çaplı artileriya silahlarından, avtomatlardan, pulemyotlardan atəşə tutmuş, raket zərbələrinə məruz qoymuşdur. Nəticədə dinc əhali arasında həlak olan və yaralananlar olmuş, cəbhə ətrafı kəndlərdə tikintilərə, təsərrüfatlara ciddi ziyan dəymişdir. Bildirilmişdir ki, Milli ordumuz düşmənin bu təxribatına layiqincə cavab vermiş, düşmənin atəş mövqelərinin xeyli hissəsini məhv etmiş, xeyli sayda canlı qüvvəsini, zirehli texnikasını, artileriya qurğularını sıradan çıxarmışdır. Təəsüf  hissi ilə milli ordumuz da bu döyüşlərdə itki verdiyi qeyd olunmuşdur. Natiq diqqətə çatdırmışdır ki, Ermənistan ordusunun aprel ayının 1-dən-2-nə keçən gecə törətdiyi təxribat təsadüfi sayıla bilməzdi. Məlumdur ki, möhtərəm Prezidentimiz İlham Əliyev ötən həftə Amerika Birləşmiş Ştatları Prezidenti Barak Obama tərəfindən çox mühüm bir beynəlxalq tədbirə dəvət olunmuşdu. Prezidentimiz IV Qlobal Nüvə Təhlükəsizliyi Sammitində iştirak edirdi. Möhtərəm Prezidentimizin Vaşinqtonda belə mötəbər tədbirdə iştirakı, eyni zamanda orada Amerika Birləşmiş Ştatlarının yüksək səviyyəli dövlət rəsmiləri ilə qarşılıqlı anlaşma və dostluq şəraitində keçən görüşləri Ermənistan rəhbərliyində qısqanclıq hissini alovlandırmaya bilməzdi. Erməni tərəfi Amerika Birləşmiş Ştatlarında keçirilən bu yüksək səviyyəli görüşlərə kölgə salmaq üçün növbəti dəfə belə təxribata əl atmışdır. Bildirilmişdir ki, Ermənilərin aprel ayının 1-dən - 2-nə keçən gecə törətdikləri təxribata da ordumuz layiqli cavab vermişdir. İşğal altındakı iki kəndimiz azad edilmiş, bir sıra strateji yüksəkliklər ordumuz tərəfindən ələ keçirilmiş, bir neçə istiqamətdə ermənilərin müdafiə xətləri yarılmışdır.
Cəbhə xəttində baş vermiş son hadisələri barədə ətraflı məlumat verən RİH başçısı aprelin 2-də Azərbaycan Respublikası Prezidenti işgüzar səfərdən qayıdan kimi dərhal gecə saatlarında keçirmiş Təhlükəsizlik Şurasının iclasından söz açmışdır. Vurğulanmışdır ki, Prezidenti Təhlükəsizlik Şurasının İclasında çıxış etmişdir. Ölkə Prezidenti bildirmişdir ki, bu hərəkətlərin səbəbi odur ki, Ermənistan sülh istəmir. Cəbhə xəttində baş verən son hadisələr Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatıdır. Bu Ermənistanın Azərbaycana qarşı növbəti məkrli siyasətinin təzahürüdür. Bu gün erməni təxribatı Azərbaycan ordusu tərəfindən layiqincə cavablandırıldı. Qəhraman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər, eyni zamanda, daha əlverişli mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyatlar nəticəsində biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyev qəhraman ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmişdir. Yığıncaqda Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış  Üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin rəisi polkovnik-leytenant Niyaz  Məmmədov, Xocalıdan olan məcburi köçkün Kamal Məmmədov, Qarabağ Müharibəsi Veteranı Rövşən Kazımov, rayon Ağsaqqallar şurasının üzvü Şirin Şirinov,  Qəbələ şəhər 4 saylı tam orta məktəbdə müəllimi Vəfa İbrahimova Fəal gənclərdən Kənan Kərimov, Seymur Hüseynov, Daşca kənd tam orta məktəbin müəllimi Almaz  Əsədova çıxış edərək, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevrildiyini, Azərbaycanın haqlı mövqeyinin dünya birliyi səviyyəsində dəstəkləndiyini diqqətə çatdıraraq, bunu ölkə rəhbərinin yürütdüyü uğurlu xarici siyasətin bariz nümunəsi olduğunu qeyd ediblər.
Onlar dövlətimizin başçısının ətrafında yumruq kimi sıx birləşərək Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini ifadə ediblər.

Foto qalereya

Keçidlər