Qəbələ Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.
07 aprel 2016 | 00:00
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Mərkəzi Qan Bankının və onun Şəki bölməsinin iştirakı ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “Qan ver, həyat bəxş et!” şüarı altında könüllü qanvermə aksiyası keçirilmişdir. Aksiya zamanı 110 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.