Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Cüdo üzrə Qəbələ rayon Açıq Turniri keçirilmişdir.

07 aprel 2016 | 16:00

Qəbələ rayon Gənclər və İdman idarəsi “Qəbələ” İdman Klubu ilə birlikdə yeniyetmələr arasında cüdo idman növü üzrə Qəbələ rayon Açıq turniri keçirmişdir. Qəbələ Olimpiya İdman Kompleksində keçirilən turnirdə Respublikanın şəhər və rayonlarından 15 komanda üzrə 215 idmançı iştirak etmişdir. Yarışın keçirilməsində əsas məqsəd cüdo idman növünün respublikada inkişafına nail olmaq, uşaq və yeniyetmə idmançılarda yarış təcrübəsini və ustalığı inkişaf etdirmək, cüdo üzrə rayon yığma komandasının tərkibini müəyyən etməkdən ibarətdir. Turnirin açılış mərasimində Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov və “Qəbələ” İdman Kubunun döyüş növləri üzrə kordinatoru Səbuhi Qarayev iştirak etmiş və idmançılara uğurlar arzulamışlar. Açılş mərasimindən sona meydan birincilik uğrunda iki yaş qrupunda mübarizəyə başlayan 2003-2004 və 2005-2006 –cı il təvəllüdlü cüdoçuların ixtiyarına verildi. Yarışda 2003-2004-cü il təvəllüdlü oğlanlar 30 kq, 34 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, +50 kq çəki dərəcəsində və 20054-2006-cı il təvəllüdlülər isə 24 kq, 27 kq, 30 kq, 34 kq, 38 kq, 42 kq, +42 kq çəki dərəcəsi üzrə mübarizə aparmışlar. Yarış mövcud Beynəlxalq qaydalara əsasən keçirilmişdir. Cüdo üzrə Qəbələ rayon Açıq turnirinin yekununda medal sayına görə 2003-2004 yaş qrupunda 13 saylı İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi I yerə, Təhsil Respublika İdman Mərkəzi II yerə və Qəbələ rayon komandası III yerə layiq görülmüşlər. 2005-2006 yaş qrupunda isə Qəbələ rayon komandası I yerə, Təhsil Respublika İdman Mərkəzi II yerə və 13 saylı İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi III yerə layiq görülmüşlər. Hər yaş qrupu üzrə qalib gəlmiş (I, II, III yerləri tutmuş) idmançılara diplom və medallar təqdim edilmişdir.

Keçidlər