Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərinin rolu” mövzusunda konfrans keçirilmişdir.
Qəbələ rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə Qəbələ şəhər 5 saylı tam orta məktəbdə valideyinlərin və IX-XI sinif şagirdlərinin iştirakı ilə “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərinin rolu” mövzusunda konfrans keçirilmişdir. lk öncə aprelin 2-nə keçən gecə erməni silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olumuşdur.Daha sonra konfransı rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Səlimov açaraq Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü kadr siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsindən söz açaraq ölkədə əhalinin məşğulluğu istiqamətində aparılan mühüm işlər barədə ətraflı məlumat vermişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də mərkəzlərdə işsiz və işaxtaran vətəndaşlara göstərilən xidmətlər barədə tədbir iştirakçılarına fikirlərini ifadə edən natiq əmək bazarındakı mövcud vəziyyəti, işsizliyi yarada bilən amilləri diqqətə çatdıraraq qeyd etdi ki, gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşə seçimi xüsusi əhəmiyyət kəsb edir. Bildirildi ki, bu istiqamətdə valideyinlərin övladlarına düzgün peşə seçiminə yönəltmələrinin mühüm rolu vardır. Daha sonra konfransda çıxış edənlərdən Qəbələ rayon icra hakimiyyətinin nümayəndəsi Pərvin Məmmədov, Dövlət Məşğulluq Xidmətinin aparıcı məsləhətçisi Cavid Süleymanov, Dövlət Məşğulluq Xidmətinin psixoloqu Xatirə Səfərova, rayon Təhsil şöbəsinin nümayəndəsi İxtiyar Şirinov “peşəyönümü”, “peşələrin təsnifatı”, “peşələrin sinifləri”, “peşələrin insanlar qarşısında qoyduğu tələblər” barədə ətraflı məlumat verdilər. Qeyd olundu ki, bölgədə həyata keçirilən bu kimi məşğulluq tədbirləri əhalinin maarifləndirilməsində, onların sosial müdafiəsinin gücləndirilməsində, həmçinin vətəndaşların daimi işlə təminatında mühüm rol oynayır və sakinlər tərəfindən onlara göstərilən yüksək qayğı kimi dəyərləndirilir. Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılılmışdır.