Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ” Lənkəranda 1 qolla kifayətləndi.

25 aprel 2016 | 16:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun görüşlərdən biri Lənkəranda baş tutub. Oyunda “Xəzər Lənkəran” komandası avrokuboklar üçün mübarizə aparan “Qəbələ”ni qəbul edib. Belə ki, matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ”nin yeganə qalibiyyət qolu oyunun səkkizinci dəqiqəsində vurulub. Aleksey Qay komandasına üç xalı qazandırıb-0:1. Beləliklə, Roman Qriqorçukun komandası qələbə sayəsində xallarını 49-a çatdırmaqla turnir cədvəlində üçüncü pilləyə yüksəlib.

Keçidlər