Futbol üzrə Azərbaycan kubokunun yarımfinalında “Neftçi” komandası “Qəbələ” ilə heç-heçə edib.
29 aprel 2016 | 00:30
Aprelin 27-də futbol üzrə Azərbaycan kuboku yarışında yarımfinal mərhələsinin ikinci oyununda “Neftçi” komandası “Qəbələ” kollektivini qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmanın 5-ci dəqiqəsində Aleksey Qayın vurduğu qolla hesabı açan “Qəbələ” komandası ilk yarını üstün başa vurublar. Lakin 71-ci dəqiqədə “Neftçi” nin oyunçusu Rəhman Hacıyev matçda status-kvonu bərpa edib. Bu, oyunda vurulan son qol olub.
Yarımfinal mərhələsinin cavab oyunları mayın 4-də keçiriləcək.