Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhər 2 saylı tam orta məktəbdə “Heydər Əliyev Azərbaycanda Multikulturalizmin banisidir” mövzusunda elmi konfrans keçirilmişdir.

06 may 2016 | 00:00

Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun məsul işçisi Hacı Nərimanoğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hüquq şöbəsinin müdiri Tural Şahbazov iştirak etmişlər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Təranə Səlimova açaraq iştirakçıları və qonaqları salamladı. Çıxışına davam edən natiq ümummilli lider dahi şəxsiyyət Heydər Əliyevin ölkə həyatında hər bir sahədə olduğu kimi təhsil sahəsində də gördüyü işlərdən, habelə məktəbin bu ilki uğurlarından geniş danışdı.
Məktəblilər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun məsul işçisi Hacı Nərimanoğlu çıxış edərək bir neçə gündən sonra Bilik fondunun yaranmasının iki ilinin tamam olacağını bildirdi. Qəbələ rayon nümayəndəliyi Fondun ən yaxşı fəaliyyət göstərən nümayəndəliklərindən biri olduğu qeyd edildi. Bu nümayəndəlik şagirdlərin bizim keçirdiyimiz bütün tədbirlərdə yaxından və fəal iştirakını təmin edir. Belə fəal şagirdlərdən bir qrupuna bu gün biz fondun adından təşəkkürnamələr təqdim edəcəyik. Bu günki tədbir Heydər Əliyevin adı ilə bağlıdır. Hamınız bilirsiniz ki, ümummilli lider Azərbaycan xalqına çox şey bəxş etmişdir. Məktəblər, uşaq bağçaları, institutlar tikilib istifadəyə verilmişdir. Elə yaşadığınız Qəbələdə görülən işlər, rayonun turizm diyarına çevrilməsi ümummilli liderin adı ilə bağlıdır.
Biz şəhərinizdə gəzən zaman xarici turistləri gördük. Qəbələli gənclər onlarla öz dillərində sərbəst danışırdılar. Deməli Qəbələli gənclər yüksək bacarığa və intellekt səviyyəyə malikdirlər.
Qəbələ təkcə gözəl təbiəti ilə deyil etnik mənzərəsi ilə də nümunədir. Burada udilər, ləzgilər digər xalqların nümayəndələri birgə yaşayırlar.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hüquq şöbəsinin müdiri Tural Şahbazov çıxış edərək bu ilin ölkə Prezidenti tərəfindən Multikulturalizm ili elan edilməsi, barədə məlumat verdi.
Qeyd etdi ki, dünya ölkələrində millətlərin biri-digərini öldürməsi, qanlar axıdılması baş alıb gedir. Ölkəmizdə isə son 23 ildə dini zəmində heç bir cinayət baş verməmişdir.
Heydər Əliyevin həyat və fəaliyyəti barədə videoçarx nümayiş edildi.
Sonda Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun keçirdiyi tədbirlərdə yaxından iştirak edən şagirdlərə fondun adından təşəkkürnamələr təqdim olundu.
Fondun rayon üzrə nümayəndəsi şəhər 2 saylı tam orta məktəbin direktoru Təranə Səlimovaya “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı hədiyyə edildi.

Keçidlər