Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə kitab bayramı keşirilmişdir.

08 may 2016 | 16:00

Son dövrdə mütaliəyə, kitaba olan maraq artmışdır. Hər il Qəbələ rayon mərkəzi kitabxanasının və filiallarının oxucularının sayı coxalır,oxucular arasında müxtəlif yaşa mənsub insanları görmək olar. 06 may 2016-cı il tarixində Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə kitab bayramı keşirilmişdir.Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoymuşlar. Rayon ictimaiyyətinin, fəal oxucuların və digər qonaqların iştirak etdiyi tədbirdə müxtəlif mövzulu kitabların sərgisi, eyni zamanda, tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi açılmışdır. Tədbiri Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova giriş sözü ilə açaraq kitabın dəyəri,əhəmiyyəti barədə məlumat vermişdir.Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Kəmalə Əlyarova, Qəbələ Rayon İcra Hakimiyyətinin məsul işçisi Azər Şirinov çıxış edərək tədbirin əhəmiyyətini vurgulamış, kitabın tükənməz sərvət olduğunu qeyd etmişlər.  Tədbirin bədii hissəsində kiçik yaşlı oxucuların ifasında kitaba, vətənə aid şeirlər səsləndirilmiş kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər