Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə ağacəkmə kompaniyası keçirilmişdir.

11 may 2016 | 03:00

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatların, təhsil və səhiyyə müəssisələrinin kollektivləri yaxından iştirak etmişlər.
800 nəfərə qədər iştirakçının qatıldığı aksiya zamanı Qəbələ şəhərinin Zərifə Əliyeva, İsmayıl Bəy, 28 may və Elçin Kərimov küçələrinin kənarlarına, istirahət və məhəllədaxili parklara ümumilikdə 3000 ədəd olmaqla çinar, eldar şamı, gövrüc, qovaq və digər müxtəlif növ ağaclar əkilmişdir.
Bundan əlavə, yaşıllıq və abadlıq işləri çərçivəsində yol kənarlarındakı qurumuş ağaclar yenisi ilə əvəz edilmiş, ərazinin suvarılması üçün mövcud arxlar tullantılardan təmizlənmiş, minlərlə ağaca qulluq göstərilmişdir.
Ağacəkmə kompaniyasının mövsümün sonunadək davam etdirilməsı nəzərdə tutulmuşdur.

Keçidlər