Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhərində kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirəsi keçirilib.

16 may 2016 | 16:00

Dövlət Statistika Komitəsi və Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müşavirədə Qəbələ, İsmayıllı və Oğuz rayonlarının icra hakimiyyəti başçılarının sosial-iqtisadi məsələlər üzrə müavinləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli statistika orqanlarının rəhbərləri, uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak ediblər. Tədbiri açıq elan edən Qəbələ rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri - başçının müavini Arif Allahverdiyev tədbir iştirakçılarını salamlayaraq  keçirilən tədbirin əhəmiyyətindən söz açmış, belə bir tədbirin Qəbələ rayonunda təşkil olunduğu üçün məsul şəxslərə öz minnətdarlığını ifadə etmişdir.  Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkənin iqtisadi sahələri, o cümlədən kənd təsərrüfatı üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq komitə tərəfindən zəruri islahatlar həyata keçirilir, beynəlxalq təcrübə öyrənilərək statistika sisteminin inkişafı üçün müvafiq tədbirlər görülür. Bu istiqamətdə aparılan irihəcmli işlərdən biri də kənd təsərrüfatı statistikasının təşkili üçün mühüm informasiya mənbəyi olan kənd yaşayış məntəqələri üzrə hər bir təsərrüfat haqqında geniş məlumat almaq imkanı verən təsərrüfatbaşına uçot sənədlərinin təkmilləşdirilməsidir. Rauf Səlimov gələcəkdə Dövlət Statistika Komitəsi tərəfindən təsərrüfatbaşına uçot sənədlərinin elektronlaşdırılacağını və bunun üçün hazırda hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması ilə bağlı işlərin görüldüyünü qeyd etmişdir. Toplantıda çıxış edən Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı kənd ərazi dairələri üzrə nümayəndəliklərin qarşısında duran vəzifələrdən söz açmışdır. Müşavirədə kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tərtibi qaydaları slaydlar vasitəsilə tədbir iştirakçılarına təqdim olunub, onların sualları cavablandırılıb.

Keçidlər