Qəbələ rayonunda Yeni Azərbaycan Partiyasına (YAP) yeni üzv qəbul edilən gənclərə vəsiqələr təqdim olunub.
Yeni Azərbaycan Partiyasına (YAP) yeni üzv qəbul edilən gənc müəllimlərə vəsiqələr təqdim olunub. Bu münasibətlə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində təşkil olunan tədbirdə çıxış edənlərdən mərkəzin direktoru Eyvaz Kazımov, YAP Qəbələ rayon təşkilatının aparat rəhbəri Elçin Tağıyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, YAP-ın yaranmasındakı böyük rolundan, eləcə də partiyanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıblar. Çıxışlarda bildirilib ki, YAP Qəbələ rayon təşkilatı hazırda 76 ərazi ilk təşkilatında 6 min 120 nəfər üzvü öz ətrafında birləşdirir. Onlardan 2471-i ali təhsilli, o cümlədən 2525-i qadın, 2338-i gənclərdir. Qeyd olunub ki, son bir ildə Qəbələ rayonunda Yeni Azərbaycan Partiyasına 304 nəfər yeni üzv qəbul olunub.Toplantıda çıxış edənlər YAP sıralarına qoşulmalarının səbəbi və məqsədi barədə, partiyanın ölkəmizin həyatındakı mövqeyi haqqında danışmışlar. Onlar bu məsuliyyəti yaxşı anladıqlarını, ulu öndər Heydər Əliyevin ideyalarını dəstəklədiklərini və Azərbaycanın daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini bildirmişlər. Sonda Mərkəzinin 10 nəfər gənc müəllim və mühəndis heyətinə YAP sıralarına yeni qəbul olunmaları münasibətilə üzvlük vəsiqələri təqdim edilib.