Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Meksika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores Qəbələ rayonuna səfər etmişdir.

19 may 2016 | 16:00

Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişdir. Qəbələ RİH-də, rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev tərəfindən qarşılanan səlahiyyətli səfirə rayonun tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, füsünkar təbiət qoynunda yerləşən bu gözəl məkan beynəlxalq və iri miqyaslı tədbirlərə ev sahibliyi edir. Müntəzəm olaraq burada keçirilən mühüm əhəmiyyətli tədbirlər burada sürətli inkişaf mərhələsinin artmasına zəmin yaradır. Bildirilmişdir ki, rayonda mövcud olan istehsal müəssisələrinin fəaliyyəti rayonun inkişaf dinamikasının tərkib hissəsidir. Diqqətə çatdırılmışdır ki,  bu gün Qəbələ rayonunda turizm infrstrukturu başlıca və mühüm sahələrdən biri hesab olunur. Burada yaradılan gözəl şəraitin  nəticəsidir ki, ildən-ilə buraya dincəlmək üçün səfər edən turistlərin sayı nəzərə çarpacaq dərəcədə artır. Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini bildirən səfir Xuan Rodrigo Labardini Flores Qəbələ rayonuna etdiyi səfərin tanışlıq məqsədi daşıdığını qeyd etmişdir. Bu gün hər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması üçün yaxşı imkanların mövcud olduğunu qeyd edən səfir Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını və bu inkişaf mərhələsinin Qəbələ rayonuna da təsirsiz ötüşmədiyini vurğulamışdır. Ölkələrimiz arasında əməkdaşlığın potensialı, eləcə də mədəniyyət, mətbəx, qarşılıqlı tanıma və yaxınlaşmaya xidmət edən sahələr arasındakı oxşarlıqlardan söz açan  səfir  turizm sahəsindəki əməkdaşlıq haqqında fikirlərini bölüşərkən ölkəmizin qonaqpərvərliyi ilə bütün dünyada tanındığını qeyd etmişdir. Qarşılıqlı səmimiyyət mühitində keçən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Daha sonra səlahiyyətli səfir rayonun tarixi mədəni məkanları,  sənaye müəssisələri və turizm sektoru ilə yaxından tanış olmuşdur.

Foto qalereya

Keçidlər