Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərişıq Şimal-Qərb Regional elektrik təhcizatı və satışı idarəsi üçün yeni inşa olunmuş inzibati binanın və və 35/10 kV-luq “Qəbələ” müasir tipli yarımstansiya istifadəyə verilib.

20 may 2016 | 16:00

Bu münasibətlə keçirilən mərasimdə iştirak edən “Azərişıq” ASC-nin rəsmiləri  və Qəbələ rayon icra hakimiyyətinin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin binanın foyesində qoyulan büstü önünə gül dəstələri düzüb, ulu öndərə həsr olunan sərgiyə baxıblar. Tədbir iştirakçıları sonra inzibati binada yaradılan şəraitlə yaxından tanış olublar. Məlumat verilib ki, binanın tikintisinə 2015-ci ilin sonunda başlanılıb. Şəbəkənin əməkdaşlarının səmərəli iş fəaliyyəti üçün iki mərtəbəli ofis binasında hər cür şərait yaradılıb, kompyuter texnikası və internetlə təmin olunub. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq binada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün otaqlar yaradılıb. İş otaqları ilə yanaşı binada yemək və istirahət otaqları da təşkil edilib. Şimal-Qərb RETSİ-nin Elektrik Şəbəkəsi və Qəbələ Elektrik Şəbəkəsinin nəqliyyat təsərrüfatı da yenidən qurulub, yeni inzibati binanın həyətində avtomobillərin təmiri üçün şərait yaradılıb. Binanın ətrafında abadlıq işləri görülüb, yaşıllıq zolağı salınaraq dekarativ ağaclar əkilib. Daha sonra inzibati binanın iclas zalında toplantı keçirilib. Toplantıda “Azərişıq” ASC-nin sədr müavini Vüqar Əhmədov və səhmdar cəmiyyətin investisiya departamentinin direktoru Toğrul Rəhimov çıxış edərək, son dövrlər respublikamızın ayrı-ayrı şəhər və rayonlarında fəaliyyət göstərən elektrik şəbəkələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər. Natiqlər çıxışlarında qeyd ediblər ki, Qəbələ rayonu üçün geniş investisiya proqramı nəzərdə tutulub qarşdan gələn il ərzində bütün nəzərdə tutulmuş məsələlər öz aktuallığını tapacaqdır.
Toplantıda çıxış edən  Qəbələ Rayon  İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qeyd etmişdir ki, bu gün inkişaf mərhələsində olan Qəbələ rayonu üçün  açılış mərasiminə toplaşdığımız obyektlər xüsusi əhəmiyyət kəsb edir. Bildirilib ki, rayonda əhalinin,  turizm sektorunun və müasir tipli sənaye müəssisələrinin fasiləsiz və dayanıqlı enerji ilə təminatı mühüm amillərdən biridir. Sonda RİH başçısı göz oxşayan arxitekturası ilə şəhərə xüsusi yaraşıq verən yeni inzibati binanın tikintisində əməyi olan qurumlara öz minnətdarlığını ifadə etmişdir. Tədbir iştirakçıları yeni istifadəyə verilmiş 35/10 kV-luq  “Qəbələ” müasir tipli  yarımstansiyasına da baxış keçirilmişlər. Məlumat verilib ki, yeni tikilən SCADA sisteminə qoşulmuş bu yarımstansiya Qəbələ şəhərinin elektrik enerjisi ilə dayanıqlığını tam təmin edəcək. Yarımstansiya müasir elektrik avadanlıqları ilə təchiz edilib. Qapalı şəraitdə fəaliyyət göstərəcək yarımstansiyada bütün təhlükəsizlik tədbiləri üçün hər cür şərait yaradılıb.

Foto qalereya

Keçidlər