Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Həmzəli kəndinə təbii qaz verilib.

25 may 2016 | 16:00

Qəbələ rayonunun daha bir yaşayış məntəqəsinə uzun illər fasilədən sonra təbii qaz verilib. Rayonun Həmzəli kəndinə təbii qazın verilməsi münasibətilə mayın 25-də keçirilən mərasimdə çıxış edən Qəbələ rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri- RİH başçısının müavini Arif Allahverdiyev, Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Eldar Səlimzadə kənd sakinlərini uzun illərdən sonra təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik ediblər. Ölkəmizdə reallaşan sosial layihələrdən bəhs edən natiqlər hər kənddə qazlaşdırmanın xüsusi diqqət mərkəzində saxlanıldığını, respublika üzrə qazlaşdırmanın uğurla başa çatdırılacağını bildiriblər. Tədbirdə qeyd edilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 30 min poqonmetr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətti çəkilib. Kənddə ümumilikdə 473 abonent mavi yanacaqla təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Məlumat verilib ki, indiyədək Qəbələ rayonunda 32 kənd qazlaşdırılıb. Bu il rayonun 4 kəndinə uzun illər fasilədən sonra təbii qaz verilib. Kənd ağsaqqalları, ziyalılar çıxışlarında əhaliyə təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini bildiriblər. Sonra kəndə təbii qazın verilməsi münasibətilə rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə baş çəkib, “mavi yanacağ”ın təzyiqini yoxlayıblar.

Keçidlər