Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda qanvermə aksiyası təşkil olunub.

26 may 2016 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncamlara əsasən talassemiya ilə mübarizəyə dair  2015-2020-ci illər üçün dövlət proqramına uyğun olaraq Qəbələ rayonunda qanvermə aksiyası təşkil olunmuşdur.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə Qəbələ Rayon Diaqnostika Mərkəzində keçirilən humanitar tədbirdə rayonun idarə və təşkilatlarının kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri və gənclər iştirak etmişlər.
Aksiya çərçivəsində Mərkəzi Qan Bankının əməkdaşları ilk öncə vətəndaşları müayinə ediblər. Könüllü olaraq qan vermək üçün gün ərzində müraciət edən 200 nəfərdən yuxarı vətəndaşlardan qan götürülüb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək.

Keçidlər