Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə daşqınların idarə edilməsi üzrə təlim və seminar keçirilib.

28 may 2016 | 02:00

“Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi Qəbələ şəhərindəki “Qafqaz Sport” hotelində tədbir keçirilib.“Daşqınların idarə edilməsi, fəsad və ziyanın insanlara təsiri” mövzusunda keçirilən seminarda BMT-nin İnkişaf Proqramı və Qəbələ Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Su Ehtiyatları Dövlət Agentliyi, “Azərsu” ASC, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələri, bələdiyyə sədrləri, yerli və xarici ekspertlər iştirak ediblər. Seminar iştirakçılarına daşqınların idarəedilməsi sistemləri və daşqının təsirinin azaldılması üçün adaptasiyanın yolları haqqında ümumi məlumat verilib. Sonra sistemlərin yerli çərçivədə necə tətbiq edilməsinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Tədbirdə fövqəladə hallar zamanı icma əsaslı erkən xəbərdarlıq sistemlərindən istifadə üçün təlimatlar toplusunun təqdimatı da keçirilib. Məlumat verilib ki, Fövqəladə Hallar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində təşkil olunmuş bu seminar Qlobal Ekoloji Fond və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilir. Qeyd edilib ki, layihənin əsas məqsədi Azərbaycanda yerli institutların bazasını inkişaf etdirməklə, yerli icma nümayəndələrinin qərar vermə prosesinə cəlb olunmasını artırmaqla, sudan istifadə sahəsində hökumətlə birgə hüquqi islahatlar aparmaqla sel və daşqınların vurduğu zərərin qarşısını almaq və təsirini azaltmaqdır.

Keçidlər