Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Fransanın Kann şəhərinin meri cənab Devid Lisnardın rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər edib.

28 may 2016 | 16:00

Fransanın Kann şəhərinin meri cənab Devid Lisnardın rəhbərlik etdiyi nümayəndə heyəti tanışlıq məqsədi ilə  Qəbələ rayonuna səfər edib. Nümayəndə heyətini Qəbələ  Beynəlxalq Hava Limanında rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev qarşılayıb.
Daha sonra icra hakimiyyətinin inzibati binasında RİH başçısı ilə nümayəndə heyətinin görüşü təşkil olunub. Burada nümayəndə heyətinə rayonun tarixi, sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və rayonda yaradılan müasir turizm infrastrukturu haqqında ətraflı məlumat verilib.
Bölgənin tarixi mədəni abidələri haqqında verilən informasiyalar nümayəndə heyətində xoş təssürat yaradıb. Kann şəhərinin meri cənab Devid Lisnard öz növbəsində qonaqpərvərliyə görə təşəkürünü bildirərək paytaxt Bakı ilə yanaşı regionlarda sürətli inkişaf mərhələsinin şahidi olduğunu diqqətə çatdırıb. Görüş çərçivəsində Fransanın Kann şəhəri ilə Azərbaycanın Qəbələ rayonu arasında yaxın vaxtlarda “Birgə əməkdaşlıq xartiyası” imzalanması nəzədə tutlub.
Səfər çərçivəsində nümayəndə heyəti “Heydər Əliyev Konqres Mərkəzi”ndə olmuş, Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunmuş rəsm əsərlərinin sərgisinə baxış keçirmiş, rayonun Nic qəsəbəsinə gələrək “Çotari” kilsəsi ilə yaxından tanış olmuşlar. Nümayəndə heyəti mədəni və dini abidələrin qorunub saxlanmasının siyasi, mədəni və dini fərqləri üstələyən bəşəri əhəmiyyətə malik olduğunu qeyd etmişlər.  Bölgənin füsünkar təbiəti, turizm infrastrukturu ilə yaxından tanış olan nümayəndə heyəti Qəbələ rayonundan xoş təssüratlarla ayrılmışlar.

Foto qalereya

Keçidlər