1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sərgi təşkil olunmuşdur.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi Qəbələ Rayon Mədəniyyət Mərkəzində rayonun idarə, müəssiə və təşkilat üzvlərinin iştirakı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə sərgi təşkil etmişdir. Sərgidə sağlamlıq imkanları məhdud uşaqların və könüllülərin çəkdikləri 87 ədəd rəsm əsərləri, 52 ədəd müxtəlif əl işləri nümayiş etdirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev iştirak etmiş, sağlamlıq imkanları məhdud uşaqların və könüllülərin əl işlərindən ibarət sərgiyə tamaşa etmişdir. Sərgi ilə tanışlıqdan sonra sağlamlıq imkanları məhdud olan uşaqlara maddi köməklik göstərilməsi məqsədilə əl işlərinin satışı təşkil edilmişdir.