1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir.
1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə rayon icra hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin, ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin müəllim və uşaqlarının iştirakı ilə Heydər Əliyev parkında tədbir keçirilib. Rayon icra hakimiyyətinin təşkil etdiyi tədbir uşaqlar üçün maraqlı və əyləncəli olub. Toplantını giriş sözü C. Yusifov adına Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Rəfiqə Şirinova açmışdır. O, uşaqları bayram münasibətilə təbrik edərək uşaq hüquqları haqqında ətraflı məlumat vermişdir. Daha sonra uşaqların hazırladıqları müxtəlif əl işlərinə baxış keçirilib. Tədbirdə Uşaq Yaradıcılıq Mərkəzinin “Təbəssüm” rəqs qrupunun ifasında Azərbaycan, Hind, Özbək, Rus xalqlarının rəqsləri nümayiş olunmuş, şən mahnılar səsləndirilmişdir.