Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

MDB dövlətlərinin bədən tərbiyə və idman üzrə Şura iclasının iştirakçıları Qəbələdə idman, turizm və istehsal obyektləri ilə tanış olublar.

10 iyun 2016 | 16:00

Qəbələ şəhərində keçirilən MDB dövlətlərinin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının bədən tərbiyə və idman üzrə Şuranın iclası başa çatıb. MDB-nin yaranmasının 25 illiyi münasibətilə keçirilən Şuranın iclasında iştirak edən Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistanın bədən tərbiyəsi və idman nazirliklərinin yüksək vəzifəli şəxsləri Qəbələ rayonundakı idman və turizm obyektləri, istehsal müəssisələri ilə tanış olublar. Nümayəndə heyətinin üzvlərinə əvvəlcə rayonun tarixi, sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və Qəbələdə yaradılan müasir idman və turizm infrastrukturu haqqında ətraflı məlumat verilib. Bölgənin tarixi-mədəni abidələri haqqında verilən informasiyalar da qonaqlarda xoş təssürat yaradıb. Şura iclasının iştirakçıları öz növbəsində qonaqpərvərliyə görə təşəkürünü bildirərək paytaxt Bakı ilə yanaşı regionlarda, o cümlədən Qəbələdə sürətli inkişafın şahidi olduğunu diqqətə çatdırıblar. Sonra nümayəndə heyətinin üzvləri Heydər Əliyev Konqres Mərkəzi, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Kompleksi, “Beltman” piano fabriki ilə yaxından tanış olublar. Bölgənin füsünkar təbiəti, turizm infrastrukturu ilə yaxından maraqlanan qonaqlar Qəbələ rayonundan xoş təssüratlarla ayrılıblar.

Keçidlər