15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Qəbələ Mədəniyyət Mərkəzində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini yad etmişlər.
Sonra mədəniyyət mərkəzinin tamaşaçı zalında davam edən təntənəli bayram tədbirini rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, RİH başçısının müavini Ətayə Osmanova açaraq 15 iyun-Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən söz açmışdır. Bildirilib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Ötən dövrdə ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün sahələrində əldə edilmiş dirçəliş məhz Milli Qurtuluş Gününün bəhrəsidir. Elə bu səbəbdən də hər bir Azərbaycan vətəndaşı iyunun 15-ni – ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışını – Milli Qurtuluş Gününü ümumxalq bayramı kimi qeyd edir. Bu gün Azərbaycan etibarlı əllərdədir. Ümummilli Liderin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, inamlı, son dərəcə cəsarətli, eyni zamanda tarazlı, xalqının milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş ölkə kimi respublikamızın nüfuzu dünyada durmadan artır.
Daha sonra Qəbələ mədəniyyət mərkəzinin hazırladığı maraqlı konsert proqramı təqdim olunmuşdur. Rəngarəng musiqi nömrələri və rəqslərlə davam edən bayram konserti tamaşaçı alqışları ilə yekunlaşmışdır.