Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

FHN-in Şimal-qərb Regional Mərkəzi rayon müşavirəsi keçirmişdir.

21 iyun 2016 | 16:00

21 iyun 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti, Qəbələ Rayon İcra Hakimiyyətində ilə birgə “2016-cı ilin yay çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində yerli icra və özünüidarəetmə orqanları ilə birgə müvafiq tədbirlərin həyata keçirilməsi” mövzusunda rayon müşavirəsi keçirmişdir.Tədbirdə Şimal-qərb Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının I müavini, Fövqəladə hallar komissiyasının sədri, Fövqəladə hallar komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayon Təhsil şöbəsinin rəhbər işçiləri, Mərkəzi Rayon Xəstəxanasının, Gigiyena və Epidemiologiya Mərkəzinin və rayon hüquq mühafizə orqanlarının təmsilçiləri iştirak etmişlər. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının I müavini, rayon fövqəladə hallar komissiyasının sədri Abil Ağəsəfov keçirilən tədbirin əhəmiyyəti barədə məlumat vermiş, və bu sahədə maariflədirmə işlərinin vacibliyi diqqətə çatdırmışdır. Sonra Regional Mərkəzin və nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları Fövqəladə Hallar Nazirliyi tərəfindən respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, Şimal-qərb Regional Regional Mərkəzin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlərdən söz açmışlar. Toplantıda Qəbələ rayonu ərazisində yerləşən su hövzələrində aparılan monitorinqlərin nəticələri barədə ətraflı məlumat verilmiş, qarşıya çıxan problemlərin aradan qaldırılmasında yerli icra strukturları ilə qarşılıqlı fəaliyyətin əhəmiyyətinin zəruriliyi qeyd olunmuşdur.  Daha sonra Rayon Mərkəzi Xəstəxanansının baş həkiminin müavini, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri,  rayonun qəsəbə və kənd inzibati ərazi nümayəndələri mövzu ətrafında çıxışlar etmişlər. Sonda mövzu ilə bağlı videoçarx və fotoslaydlar nümayiş etdirilmiş, tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

Keçidlər