Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhərində “Gənc xilasedici” IV Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” V Ümumrespublika birinciliyinə start verilmişdir.

29 iyun 2016 | 02:00

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman  nazirliklərinin dəstəyi ilə "Gənc xilasedici" IV Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" V Ümumrespublika birinciliyinə start verilib.
Tədbir iştirakçıları, əvvəlcə, Bakı şəhərində Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar. Sonra Şəhidlər Xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın məzarları ziyarət edilmişdir.
Qəbələ şəhərində, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin MMQ komandanlığının N saylı hərbi hissəsində keçirilən tədbirin açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıb, belə yarışların keçirilməsinin gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacağına əminliklərini ifadə ediblər.
İyulun 3-nə kimi davam edəcək beynəlxalq yarışda Azərbaycan, Türkiyə, Rusiya, Pakistan, Gürcüstan və Belarusdan olan təmsilçilər iştirak edirlər. Ümumrespublika birinciliyində isə  Respublikanın 10 rayon və şəhərin  qatıldığı komandaları Bakı şəhəri üzrə Nizami rayon 20 saylı tam orta, Xətai rayon 56 saylı tam orta məktəbləri, Mingəçevir şəhər, Xızı, Xaçmaz, Ağdam, Göygöl, Neftçala, Yardımlı və İsmayıllı rayonlarından olan komandalar güclərini sınayacaqlar.

Keçidlər