Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimat mərasimi keçirilib.

29 iyun 2016 | 16:00

İyunun 28-də Qəbələ rayonunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırlayıb nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimat mərasimi təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qəbələ, Qax, Zaqatala, Balakən, Şəki, Oğuz rayonlarının mədəniyyət və turizm şöbələrinin əməkdaşları, kitabxanaçılar iştirak ediblər. Təqdimat mərasimində kitabın müəlliflərindən biri, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Mövsüm Nağısoylu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsul işçisi Yadigar Məmmədli, Qəbələ rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı  Yaşar Nəzirov, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova çıxış edərək multikulturalizmin ölkəmizdə dövlət siyasətinin ən önəmli istiqamətlərindən biri olduğunu söyləyib, Azərbaycanda multikulturalizm sahəsində görülən işlərdən bəhs ediblər. Bildirilib ki, Azərbaycanda multikultural dəyərlərin çox qədim tarixi vardır. Ölkəmiz tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycandakı multikulturalizm modeli dünyaya nümunədir. Kitab Azərbaycan multikulturalizmini dünyaya təqdim etmək baxımından əhəmiyyətli rol oynayır.
Natiqlər multikulturalizm dəyərlərinin Azərbaycan modeli haqqında söz açaraq, bu modeli dünyaya təqdim etmək zamanının gəlib çatdığını bildiriblər. Onlar Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı Sərəncamın bu məqsədə nail olmaq yolunda mühüm addım olduğunu diqqətə çatdırıblar.
Çıxışlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tərtib və nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı yüksək qiymətləndirilib. Qeyd edilib ki, Azərbaycan multikulturalizmini ədəbiyyat, mədəniyyət müstəvisində öyrənmək üçün bu kitab mükəmməl mənbədir. Kitabın müəlliflərindən biri, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Mövsüm Nağısoylu kitabı Azərbaycan ədəbiyyatının multikultural dəyərlər mənzərəsinin uğurlu göstəricisi, eyni zamanda, bu sahədə ilk sanballı mənbə kimi səciyyələndirib.

Keçidlər